Azadsöz.az xəbər verir ki, iyulun 24-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin üstünün açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.