08 Sentyabr 2024 03:44

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Seyhun Hüseynov idarə etdiyi VAZ-21061 markalı avtomobillə yolu keçən İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.