Azadsöz.az xəbər verir ki, Oksfordda Blenheim sarayında Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Onların görüşü zamanı Ermənistan-Fransa münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Paşinyan və Makron Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələsinə də toxunublar. Regionda sülhün və sabitliyin təmin edilməsi üçün səylərin vacibliyi vurğulanıb. (xarici media)