Azadsöz.az xəbər verir ki, bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan təmsilçisi “Zirə” Moldova “Şerif”i ilə bu dəfə Bakıda qarşılaşıb. “Dalğa Arena”da keçirilən matç “Şerif”in 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İki oyunda ümumi hesab 2:2 olduğundan əlavə vaxt oynanılıb. Burada hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib. “Şerif” penaltilərdə daha dəqiq olaraq(5:4) növbəti mərhələyə yüksəlib.
“Zirə” mübarizəni Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək. Rəqib Slovakiyanın “Dak-1904” klubudur.