08 Sentyabr 2024 03:58

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı -FOTO

Azadsöz.az xəbər verir ki, iyul ayının 17-si səhər saatlarında Tovuz rayon Aşağı Öysüzlü kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin evin rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ələkbərov tərəfindən yandırıldığı məlum olub.

O, həmkəndlisinin evinə daxil olaraq oradan 39 min manat oğurladıqdan sonra mənzili yandırıb.

Bundan başqa, araşdırma zamanı saxlanılan şəxsin digər cinayəti törətdiyi də aşkarlanıb. T.Ələkbərovu iyul ayının 15-də rayon ərazisində daha bir evə daxil olaraq oradan pul və elektron saat oğurladığı, sonradan həmin evi də yandırmağa cəhd göstərdiyi müəyyən edilib.

T.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan pul vəsaiti maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.