08 Sentyabr 2024 05:03

İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

Dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.

Azərbaycan Prezidenti digər dövlət başçıları və Sammit iştirakçıları ilə də söhbət etdi.