Azadsöz.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, Öncəqala kəndində fəaliyyət göstərən, sahibkar İsmayıllı Fərid İbrahim oğluna məxsus “Bakı Gecələri” kafesində plandankənar yoxlama keçirib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Baxış zamanı kafedə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektdə vəziyyətin qənaətbəxş olmadığı və əsaslı təmirə ehtiyacı olduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kafenin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.