Azadsöz.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Rafiq İsmayılov yaşadığı evdə çoxlu sayda dərman qəbul edərək canına qəsd edib.
İlkin məlumata görə, Rafiq İsmayılov xəstəlikdən əziyyət çəkirmiş. O, ağrılara dözə bilmədiyi üçün intihar edib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.