08 Sentyabr 2024 04:56

Azad edilmiş ərazilərdə daha 147 mina təmizlənib

Azadsöz.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (08.07.2024 – 14.07.2024) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 68 tank əleyhinə mina, 397 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1284,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.