Azadsöz.az xəbər verir ki, son dövrlərdə anafilaktik reaksiyaların sayı əhali arasında artmaqdadır. Sensibilizasiya olmuş şəxslərdə sürətli immun cavab olaraq anafilaktik reaksiyalar, xüsusən də anafilaktik şok halları zamanı təxirəsalınmaz müalicə tədbirlərinin tədbiqi xüsusi əhəmiyyət kəsb edir və insan həyatının xilası deməkdir.
Bu məqsədlə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Vüsal Əzizov anafilaksiya halları zamanı tibbi yardımın vaxtında göstərilməsi, eyni zamanda profilaktika, diaqnostika və müalicə üsullarının beynəlxalq tövsiyyələr əsasında təmin edilməsi məqsədilə tibbi heyətin maarifləndirilməsinin təmin olunması istiqamətində təlim keçirib.
Təlim tibb heyətinin suallarının cavablandırılması ilə yekunlaşıb.