20 Sentyabr 2024 01:59

Göyçayda tövlə və 11 ton ot bağlaması yanıb

Azadsöz.az xəbər verir ki, bu gün  gecə  saatlarında  rayonunun Yekəxana kəndində tövlə və 11 ton ot bağlaması yanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki,  ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 11 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Səbuhi Eltonlu

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com