Azadsöz.az xəbər verir ki, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.