19 Sentyabr 2024 05:42

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edildi – VİDEO

Azadsöz.az xəbər verir ki, Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı Fəxrəddin Nəsirov dəfn edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, iyulun 6-da saat 00 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.

M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com