05 Oktyabr 2024 09:05

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

Azadsöz.az xəbər verir ki, bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Düsseldorf şəhərinin “Esprit Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Niderland ilə Türkiyə komandaları üz-üzə gələcək. Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl yarımfinala vəsiqə qazanan İspaniya və Fransa seçmələri bir-birlərinə rəqib olublar.

grandpashabet alefbahis istanbul travesti