06 İyul 2024 14:26

Sabah Bakının bu rayonlarında qaz OLMAYACAQ

Azadsöz.az xəbər verir ki, sabah saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə  “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.