22 Noyabr 2024 13:17

İranda prezident seçkilərinin ikinci turu başa çatdı

Azadsöz.az xəbər verir ki, İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

Bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

“Səsvermə vaxtı sona çatdı, bu, seçki kampaniyasının sona çatdığını göstərir”, – deyə o vurğulayıb.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilərə görə səsvermə üç dəfə uzadıldı, sonda yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatdı.

Prezident postu uğrunda mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan mübarizə aparır. Birinci turda onların heç biri 50%-dən çox səs toplaya bilməyib.

İstanbul trv istanbul travestileri