19 Sentyabr 2024 05:50

“Məntəqələrdə veb-kameraların quraşdırılmasına başlamaq lazımdır” – Məzahir Pənahov

Azadsöz.az xəbər verir ki, seçki məntəqələrində veb-kameraların quraşdırılmasına, işlək hala gətirilməsinə artıq başlanmalıdır.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında danışıb.

O qeyd edib ki, prezident seçkilərində veb-kameralarla bağlı heç bir problem olmadı.

“Mən qeyd etdim ki, bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır”.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com