Azadsöz.az xəbər verir ki, müğənni Manaf Ağayev həmkarı və dostu Afət Fərmanqızına ev bağışlayıb.
Bu barədə Afət Fərmanqızı özü qonaq olduğu şou-proqramlardan birində danışıb.
“Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu iki qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır”, – deyib.
Onun bu sözlərinə Manaf Ağayev “Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır” şəklində cavab verib.