Azadsöz.az xəbər verir ki, Göyçayda 2 iyul Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Göyçay şəhər sakini Nuriyev Elşən Əlisa oğlunun atası 1991-2009-cu illərdə Ucar rayon Polis Şöbəsində polis vəzifəsində çalışmış Nuriyev Əlisa Məmmədşah oğlu ilə görüşüb.
Görüşdə Azadsöz.az xəbər saytının xüsusi müxbiri, AzadSözAzTV -nın proqram rəhbəri Gülşən Muradova, şəhid Orxan Kərimlinin atası Akif Kərimli, şəhid Ədalət Dəmirovun atası Nüsrət Dəmirov, şəhid İntizam Qaçayevin atası Əkbər Qaçayev və Göyçay rayonunun Çaxırlı kənd sakini Babək Baxışov iştirak edib.
Çay süfrəsi arxasında keçən görüşdə Əlisa Nuriyev öz timsalında xüsusi gün münasibətilə bütün polisləri, o cümlədən rayonumuzun polis işçilərini təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzulayıb.Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yolu, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolu olduğunu vurğulayıb.Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edildiyini bildirib.
Görüşdə çıxış edənlər ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirməsində Daxili İşlər Nazirliyi əməkdaşlarının əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıblar.Hazırda polis işçilərinin müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təmin olunduğunu vurğulayıblar.
Görüşün sonunda şəhid atası şəhid ailələrinə, veteran polislərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və gələn qonaqlara minnətdarlığını bildirib.
Qeyd edək ki, Ə.Nuriyev polis vəzifəsində şərəflə, vicdanla çalışdığı üçün “Ustad dərəcəsi” medalı ilə təltif olunub.
Gülşən Muradova
Səbuhi Eltonlu