03 İyul 2024 14:44

Xızıda silah-sursat və çətənə kolları aşkarlandı

Azadsöz.az xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun məlumatında bildirilir ki,  həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.