05 İyul 2024 19:08

Tərtərdə minik avtomobili və talvar yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.