Azadsöz.az xəbər verir ki, Fransada Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçki üçün səsvermə başlayıb.
Bu seçkinin özəlliyi iyulun 26-da Parisdə start götürən Olimpiya Oyunlarına fəal hazırlıq dövrünə təsadüf edən seçki kampaniyasının son dərəcə qısalığı (üç həftədən az) olub.
577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.
Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilərlər.
Qeyd edək ki, növbədənkənar seçkini Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkidə ciddi məğlubiyyəti fonunda təyin edib.