22 Noyabr 2024 19:24

İranda prezident seçkisi ilə əlaqədar səsvermə başlayıb

Azadsöz.az xəbər verir ki,  bu gün İranda yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 8:30) növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə başlayıb.

Artıq ölkənin ali dini lideri ayətullah Əli Xamenei səsvermə məntəqəsinə gələrək səs verib. O, mətbuat qarşısında çıxış edərək bildirib ki, seçki günü iranlılar üçün sevinc və xoşbəxtlik günüdür.

“İnsanları bu mühüm siyasi sınaqda – səsvermədə iştiraka ciddi yanaşmağı və səsvermədə iştirak etməyi tövsiyə edirik. İnsanlar səs verməkdən çəkinməməlidirlər”, – deyə Əli Xamenei əlavə edib.

Məlumat üçün əlavə edək ki, İranda dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır.

Seçkidə əsas mübarizənin islahatçı namizəd hesab edilən Məsud Pezeşkianla mühafizəkar Səid Cəlili arasında gedəcəyi bildirilir.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul