Azadsöz.az xəbər verir ki, Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, Azərbaycanda Ağdərə rayonunun yaradılması barədə qərar qəbul olunub.
“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonları ərazisində qismən dəyişiklik edilməklə, Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”.
R.Qasımov qeyd edib ki, MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Milli Məclisində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır.
“Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir”.