20 Sentyabr 2024 17:26

Göyçayda əmək yarmarkası keçiriləcək

Azadsöz.az xəbər verir ki, 25 iyun 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının dəstəyi ilə Göyçay Gənclər Evində əmək yarmarkası keçiriləcək.

Keçiriləcək əmək yarmarkasında 15 müəssisə tərəfindən 104-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub.Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com