Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə – Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.