Azadsöz.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası məqsədilə Niderland Krallığının Amsterdam şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan poçt markaları çap edilib.
Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə buraxılan 300 ədəd markanın üzərində Naxçıvan Muxtar Respublikasının tarixi abidələrinin təsviri əks olunub.