20 Sentyabr 2024 05:39

Füzuli-Ağdam yolunda ağır qəza: Ölənlər var

Azadsöz.az xəbər verir ki, Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com