Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçı başa çatıb.
Qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almanların heyətində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, Bundestimin kapitanı İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı yarımmüdafiəçi komandasının ikinci qolunun müəllifi olub.
Xatırladaq ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiya yığmasına da qalib gəlmişdi – 5:1.