20 Sentyabr 2024 08:00

AVRO-2024: Qrup mərhələsində ikinci tur başlayır – AFİŞA

Azadsöz.az xəbər verir ki, AVRO-2024-də bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

İlk olaraq Xorvatiya və Albaniya seçmələri üz-üzə gələcək.

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Almaniya və Macarıstan komandaları arasınsa keçiriləcək.

Almanlar AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonuncu matçı isə Şotlandiya – İsveçrə qarşılaşması olacaq.

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya – Albaniya (Hamburq, “Folksparkştadion” stadionu)

A qrupu

20:00. Almaniya – Macarıstan (Ştutqart, “MHP Arena” stadionu)

23:00. Şotlandiya – İsveçrə (Köln, “Reyn Enerqi” stadionu)

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com