27 Noyabr 2024 19:40

İqlim  tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər -ÜST rəhbəri 

Azadsöz.az  xəbər  verir  ki, milyonlarla insan quraqlıqdan, kəskin temperatur artımından əziyyət çəkir.

Bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “COP29-a aparan yol – Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.

“İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi vəba, və malyariya kimi xəstəliklərin yayılmasına təkan verir.

İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul