Azadsöz.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub.
Bu barədə Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Onlar Ermənistan və Türkiyə arasında heç bir ilkin şərt qoyulmadan münasibətlərin tam həllinə dair siyasi iradənin olduğunu vurğulayıblar.
Regionda baş verən son hadisələr və beynəlxalq gündəm müzakirə edilib.
Bildirilir ki, Paşinyan Ərdoğanı Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.
Bundan əlavə, Türkiyə lideri Ermənistanın şimalında baş verən dağıdıcı sellə bağlı ölənlərin ailələrinə başsağlığı verib.