Azadsöz.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının F qrupunda baş tutan Türkiyə – Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.
Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqləniblər.
Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub.
Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.