26 İyun 2024 15:42

Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edildi

Azadsöz.az xəbər verir ki, Lerik rayonun Orand kəndi ərazisində yabanı halda bitən 4 tondan çox xaş-xaş kolu məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qurupundan məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.