22 Noyabr 2024 23:23

Bu ölkələr Ukrayna ilə bağlı bəyannaməni imzalamadılar

Azadsöz.az xəbər verir ki, İsveçrədə sülh sammitinin yekunu üzrə bəyannamə imzalanıb: Ermənistan da onu imzalamaqdan imtina edən ölkələr sırasında olub.

Bu barədə İsveçrənin “Neue Zrcher Zeitung” nəşri məlumat dərc edib. 

Ermənistandan başqa, Slovakiya, Cənubi Afrika və Hindistan kimi ölkələr bəyannaməni imzalamaqdan imtina ediblər.

Ümumilikdə, bəyannaməni sammitdə iştirak edən 101 nümayəndə heyətindən 84-ü dəstəkləyib.

İmzalayanlar arasında Türkiyə, İraq, İtaliya, Polşa, ABŞ, Serbiya və Macarıstan da var.

Yekun sənədin dəqiq məzmunu hələlik mediaya açıqlanmayıb.

“Reuters”in məlumatına görə, sənəd layihəsində Zaporojye AES-in, Qara və Azov dənizlərində dəniz limanlarının istismarı, “hamı üçün” formuluna əsasən məhbusların azad edilməsi, nüvə silahından istifadə kimi məsələlər yer alıb. 

Qeyd edək ki, iyunun 15-16-da Bürgenştokda Ukrayna üzrə beynəlxalq sülh konfransı keçirilib. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul