26 İyun 2024 15:33

Göyçay şagirdləri Respublika fənn müsabiqəsinin qalibi olub-FOTO

Azadsöz.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 16 nəfər şagird qalib olub.

Respublika fənn müsabiqələri üzrə isə 4 nəfər şagird qızıl, 4 nəfər şagird gümüş, 8 nəfər şagird isə bürünc medal qazanıb.Qalib  olan  şagirdlərin  siyahısında  Göyçay rayonunun  ümumtəhsil məktəblərində  təhsil  alan şagirdlərin adları  yer alıb.

Belə ki,Göyçay şəhər N.Gəncəvi adına 7 nömrəli  tam orta  məktəbin VI-cı sinif  şagirdi Qulizadə  Zeynəb Ruslan qızı İnformatika  fənni  üzrə  qızıl  medala, Göyçay şəhər Ak.Z. Bünyadov adına 3 nömrəli tam orta məktəbin VII-ci  sinif  şagirdi  Əlizadə Siyavuş Ülvi oğlu  Fizika  fənni  üzrə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, müsabiqə VI və VII sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.