19 Sentyabr 2024 04:54

İmişlidə qanunsuz avtomobil sürən müharibə iştirakçısı intihara cəhd etdi

Azadsöz.az xəbər verir ki, iyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü  Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. 

Rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib. 

İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com