Azadsöz.az xəbər verir ki, Türkiyənin Adana vilayətinin Feke rayonunda meşə sahəsində yanğın başlayıb.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Konakkuran ərazisində meşəlik ərazidə çıxan yanğının səbəbi məlum deyil.
Yanğını lokallaşdırılması üçün hadisə yerinə Meşə Region Müdirliyi qrupları, həmçinin təyyarələr, helikopterlər və yanğınsöndürən maşınlar cəlb edilib.