Azadsöz.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-13 iyun tarixlərində İspaniyaya səfər edəcək.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, səfər 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısı çərçivəsində baş tutacaq.
Qeyd olunub ki, İspaniyanın paytaxtı Madriddə Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Pedro Sançesin iştirakı ilə “İspaniya-Türkiyə İş Forumu”nun keçirilməsi planlaşdırılır.
Forum çərçivəsində maliyyə, “yaşıl” transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində keçiriləcək panellərdə iki ölkə arasında ticari əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.