27 İyul 2024 08:07

Bakıda kişi qaynını bıçaqladı

Azadsöz.az xəbər verir ki, Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi qaynını bıçaqlayıb.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Məmmədov münaqişə zəminində qaynı Sərxan Namazova bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.