Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general N.Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər əmri ilə, polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.