16 Sentyabr 2024 23:45

Putinin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfəri gözlənilir

Azadsöz.az xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putinin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfəri gözlənilir.

Bu barədə bəzi Rusiya KİV diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Putinin iyun ərzində ilk öncə Şimali Koreyaya, ondan dərhal sonra isə, Vyetnama səfəri baş tuta bilər.

Qeyd olunub ki, Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora Putinin Pxenyana səfər edəcəyinə dair məlumatı KİV-ə təsdiqləyib və hazırda səfər üçün aktiv hazırlıq işlərinin görüldüyünü əlavə edib.