22 İyun 2024 19:40

Bu ilin ilk rübündə İstanbula gələn xarici turistlərin sayı 5 milyonu ötüb

Azadsöz.az xəbər verir ki,  bu ilin ilk rübündə İstanbula gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 5 milyon 244 min 936 nəfərə çatıb. Şəhərə gələn xaricilər arasında 167 min 824 nəfərlə ruslar birinci sıradadır.

Bu barədə İstanbul şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

Məlumatına görə, bu il İstanbula gələnlərin əksəriyyəti hava yolundan istifadə edib. Dəniz yolu ilə gələnlərin sayı isə 29 faiz azalıb.

Bu il şəhəri ziyarət edənlər arasında Azərbaycan, Almaniya, İran, ABŞ, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı, İtaliya, Özbəkistan, Çin Xalq Respublikası və Hollandiya vətəndaşları çoxluq təşkil edib.