20 Sentyabr 2024 20:48

Hal-hazırda adları Birinci Qarabağ müharibəsində itkin düşənlər siyahısında olan Göyçaylıların SİYAHISI/FOTO

Azadsöz.az  hal-hazırda adları Birinci Qarabağ müharibəsində itkin düşənlər siyahısında olan Göyçaylıların adlarını  sizlərə  təqdim edir:

1. Göyçay  rayonu Mırtı kənd sakini, 1974-cü il  təvəllüdlü   Abseyidov Vahid Seyid oğlu  1993-cü ildə  Ağdərə rayonunun  Drombon (Heyvalı) istiqamətində itkin düşüb.

2. Göyçay rayon sakini, 1974-cü il  təvəllüdlü  Adıgözəlov  Feyruz Firuddin oğlu  1992-ci ildə Laçın rayonunun Səfiyan kəndi istiqamətində itkin düşüb.

3. Göyçay  rayonu  Qarabaqqal kənd sakini, 1972-ci il təvəllüdlü Babayev Vüqar Səlim oğlu  1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

4. Göyçay rayon sakini, 1973-cü  təvəllüdlü   Bağırov  Namiq Əlisaab oğlu 1994-cü ildə Füzuli rayonunun Bəhmənli  kəndi istiqamətində itkin düşüb.

5. Göyçay  rayonu Mırtı kənd sakini, 1970-ci il  təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu 1994-cü ildə Füzuli rayonunun  Şükürbəyli kəndi istiqamətində itkin düşüb.

6.
Göyçay  rayonu Ərəbşahverdi kənd sakini, 1961-ci il təvəllüdlü Beydullayev Məzahir Feyzulla oğlu  1993-cü ildə Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində itkin düşüb.

7. Göyçay  rayonu  Ləkçıplaq kənd sakini, 1973-cü  təvəllüdlü  Beydullayev Nazim Yunis oğlu 1993-cü ildə Laçın rayonu istiqamətində itkin düşüb.

8.
Göyçay rayon sakini, 1971-ci il təvəllüdlü Cəbrayılov Nadir Adil oğlu 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

9. Göyçay  rayonu Bığır  kənd sakini, 1972-ci il təvəllüdlü Eyvazov Məsud Eynulla oğlu 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşüb. 

10. Göyçay  rayonu Qızılağac kənd sakini, 1972-ci il təvəllüdlü Həmidov Zaur Fəxrəddin oğlu 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində itkin düşüb.

11.
Göyçay  rayonu Alpout kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Müştəba Ağabala oğlu 1993-cü ildə Tərtər  rayonunun Zərdəxaç kəndi istiqamətində itkin düşüb.

12. Göyçay  rayonu İnçə kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Qadir Emin oğlu  1994-cü ildə Murovdağ istiqamətində itkin düşüb.

13.
Göyçay  rayonu Alpout kənd sakini, 1967-ci il təvəllüdlü  Kərimov Qadil Qulu oğlu 1994-cü ildə  Kuropatkino kəndində mühasirəyə düşərək şəhid olub.

14. Göyçay rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Elnur Həmid oğlu 1994-cü ildə  Tərtər rayonunun Qırmızıkənd bölgəsində  itkin düşüb. 

15. Göyçay  rayonu Potu kənd sakini, 1973- cü il təvəllüdlü Məmmədov Niyaz Məhəmməd oğlu 1994-cü ildə Murovdağ istiqamətində itkin düşüb. 

16. Göyçay rayon sakini, 1975-ci il təvəllüdlü Namətov Anar Nemət oğlu  1994-cü ildə itkin düşüb.

17.
Göyçay  rayonu Çərəkə kənd  sakini,  1975-ci il təvəllüdlü Nəbiyev İlqar Rəhim oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı  kəndi istiqamətində itkin düşüb.


18.
Göyçay  rayonu Mırtı kənd sakini, 1966- ci  il təvəllüdlü Nuriyev Aydın Nəriman oğlu  1992-ci ildə Milli Qəhrəman T.Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşulub. Həmin il Xocalı döyüşləri zamanı həlak olub.

19. Göyçay  rayonu  Bəydövül kənd sakini,1972- ci il təvəllüdlü Nuriyev Sahil Sahib oğlu  1992-ci ildə Laçın rayonunun  Çaldaş  kəndi istiqamətində itkin düşüb.

20.
Göyçay  rayonu  Ləkçıplaq kənd sakini, 1969-cu il təvəllüdlü Osmanov Rəsul Zahir oğlu  1992-ci ildə Ağdam rayonunun Naxçivanik  kəndi istiqamətində itkin düşüb.

21. Göyçay  rayonu Potu kənd sakini, 1975-ci il təvəllüdlü Ovçuyev Qalib Vələd oğlu  1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində itkin düşüb.

22.
Göyçay  rayonu Çərəkə kənd  sakini, 1975-ci il təvəllüdlü Piriyev İsmət Medal oğlu 1994-cü ildə  Füzuli rayonu istiqamətində itkin düşüb.


23.
Göyçay rayon sakini, 1971-ci il təvəllüdlü Tarverdipur Elşad Hüseyn oğlu  1992-ci ildə Xocalı rayonunun Fərrux yüksəkliyində itkin düşüb.

24. Göyçay  rayonu Potu kənd sakini, 1969-cu il təvəllüdlü Zərbəliyev Ayaz Əsgəralı oğlu  1993-ci ildə Kəlbəcər rayonunun Çələkdar kəndi istiqamətində itkin düşüb.

25.
Göyçay  rayonu Çərəkə kənd  sakini, 1973-cü il təvəllüdlü Baxışov Qeys Dövlətxan oğlu  1992-ci ildə Ağdərə rayonu istiqamətində itkin düşüb.

26. Göyçay  rayonu  Cəyirli  kənd  sakini, 1974-cü il təvəllüdlü Bəbişov Seymur Zinhar oğlu  1994-cü ildə  Füzuli rayonu istiqamətində itkin düşüb.

Qeyd edək ki, I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş  Müskürlü kənd sakini, 1973-cü il  təvəllüdlü  Rəhimov İlqar Şaiq  oğlu, Göyçay  rayonu, 1 May küçəsi, ev 85, mənzil 7-də yaşamış, 1967-ci il təvəllüdlü  Soltanov Səbuhi  Sabir  oğlu, İnçə  kənd sakini, 1972-ci il təvəllüdlü  Hacıyev Firuddin  Nadir  oğlu 24 may 2024-cü il  tarixində və  Ulaşlı-Şıxlı kənd sakini Eldarov Rasim Səfər oğlu 6 iyun 2024-cü il  tarixində  Göyçayda  dəfn olunublar.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

 

 

 

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com