08 Sentyabr 2024 05:08

Göyçayda ağır yol qəzası baş verib-Sürücünün qolu qopdu

Azadsöz.az xəbər verir ki, hadisə bu gün  səhər  saatlarında Göyçay-Ağsu yolunun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü, Bığır  kənd sakini, 1991-ci il  təvəllüdlü Fətəliyev İlkin Elbrus oğlu sükan arxasında yuxulu olduğu üçün idarəetməni itirərək  ZİL markalı yük maşını ilə toqquşub.

Yük maşını zərbənin təsirindən aşıb.Hadisə nəticəsində İ.Fətəliyevin  qolu çiynindən qoparaq kənara düşüb.

Hadisə yerinə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Səbuhi Eltonlu