16 Sentyabr 2024 23:28

Qusarda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, iyunun 6-ı saat 18:30-da Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi ISUZU markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.