Azadsöz.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində iyun ayının 1-də Tovuz çayının rayonun Bozalqanlı kəndindən keçən hissəsində naməlum kişi meyitin olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar nəticəsində şəxsin 1950-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini olan Valeh Rüstəmov olması müəyyən olunub.
Hazırda faktla bağlı Tovuz Raypn Prokurorluğunda araşdırma aparılır.