08 Sentyabr 2024 04:53

Göyçayda kafe əşyaları ilə birlikdə tamamilə yandı-FOTOLAR

Azadsöz.az xəbər verir ki, yanğın  hadisəsi  rayonun Səməd Vurğun küçəsində yerləşən “İvan”  adlı  kafedə  baş  verib. Ümumi sahəsi 290 m² olan  birmərtəbəli kafedə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 290 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 1291 m² olan üçmərtəbəli  “Çinar”  otel binasının xarici divarına quraşdırılan 4 ədəd kondisionerin mühərriki və 1 ədəd plastik pəncərə çərçivəsi əriyib.

Otel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Səbuhi Eltonlu