08 Sentyabr 2024 03:56

Qurban bayramının namaz vaxtı AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, Azərbaycanda Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi nəzərdə tutulur.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev  bildirib ki, dövlət səviyyəsində iki gün bayram kimi müəyyən edilib.

O qeyd edib ki, insanlar qurbanlarını iyunun 16, 17 və 18-də kəsə bilərlər.

Eyni zamanda bayram namazının məscidlərdə iyunun 16 və 17-də qılınması nəzərdə tutulur.