08 Sentyabr 2024 05:09

Ali Məhkəmənin hakiminə yüksək vəzifə verildi

Azadsöz.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Abiddin Hüseynova yüksək vəzifə verildi.

Abiddin Hüseynov Ədliyyə nazirinin müavini təyin olunub.

Bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında Abiddin Hüseynovun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, 1977-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magstr pillələri üzrə təhsil alıb. Məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. Ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.